Valyuta məzənnəsi

İman Nağıyev Ali Məhkəməyə-GÖNDƏRİLİR…

Tarix:19-05-2021, 14:38

İman Nağıyev Ali Məhkəməyə-GÖNDƏRİLİR…

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vəzifələrindən azad olunacaq.

YeniAN.az Etikxeber.az-ın məlumatına istinadən bildirir ki, bu barədə layihə Milli Məclisə (MM) daxil olub.

Layihəyə əsasən, Səadət BəktaşiMübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad ediləcək.

Eyni zamanda Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Zəki Babayev vəzifəsindən azad edilərək, Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev vəzifəsindən azad olunaraq, Ali Məhkəməyə hakim təyin ediləcək.

YeniAN.az

Oxunub: 221



XƏBƏR LENTİ