Valyuta məzənnəsi

Hərbi qulluqçular üçün seminarlar keçirilib

Tarix:11-06-2022, 12:00

Hərbi qulluqçular üçün seminarlar keçirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.

Müdafiə Nazirliyidən YeniAN.az-a verilən məlumata görə, görüşlərdə hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, bu sahədə mövcud məsələlər müzakirə olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi qulluqçular üçün seminarlar keçirilib
Hərbi qulluqçular üçün seminarlar keçirilib

YeniAN.az

Oxunub: 110



XƏBƏR LENTİ