Əməkdar artist Mehriban Xanlarova ARB telekanalında efirə getmiş "Canım Sizə Desin” verilişində etdiyi hərəkətlərə görə onu tənqid edənlərə cavab verib.
obyektivxeber.info xəbər verir ki, aktrisa efirdə "Azəri Van Dam”la birlikdə şpaqat açmasını və təpik atmasını qınayanları anlamadığını bildirib:
"Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. "Azəri Van Dam” mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə onunla bir yerdə şpaqat açmaq istədim. Halbuki bu məndə alınmadı. Hər kəs gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə, qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Bundan sonra da gəlsə, mən yenə ona hörmətlə yanaşacağam. O da bizim azəri balamızdır.
Mən bunu küçədə camaatı başıma yığıb, özümü reklam üçün etməmişəm ki. Etmişəm, özlüyümdə yaxşı etmişəm. Öpürəm! Bay-bay!”