Valyuta məzənnəsi

Faiq Ağayev: “Brilliant məndən 13 yaş böyükdür”

Tarix:23-02-2019, 11:05

Faiq Ağayev: “Brilliant məndən 13 yaş böyükdür”
Xalq artisti Faiq Ağayev “MTV Azərbaycan”da yeni yayım həyatına başlayan “Söhbətsiz” proqramının qonağı olub.

Obyektivxeber.info xəbər verir ki, aparıcı Samir Bayramlının suallarını cavablandıran müğənni Brilliant Dadaşova ilə küsülülüyündən danışıb:

“Bizim aramızda heç vaxt möhkəm dostluq olmayıb. Yaş fərqimiz var. O, məndən 13 yaş böyükdür. Həmişə müəyyən bir pərdə olub aramızda. Məndən bir neçə kurs yuxarıda oxuyurdu, hətta bir dəfə məni mahnıları üçün bekvokal olaraq çağırmışdı, mənim üçün problem yox idi deyə, getmişdim. Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən “xod gedən” müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu. Bir neçə gün sonra gördüm ki, Dadaşova tərəfindən iki məşhur qəzetdə hadisə haqda qərəzli yazılar yer alıb. İki-üç gün dözdüm, gördüm ki, söhbət səngimir, həqiqəti söylədim. Sənətdə ona qələbələr arzu edirəm, o, mənim yerimi heç vaxt dar etmir. Ümidvaram ki, mən də onun yerini dar etmərəm”.

Qeyd edək ki, müsahibə zamanı diqqətçəkən məqam Ağayevin “Brilliant məndən 13 yaş böyükdür” deməsi olub. Belə ki, Vikipediada Dadaşovanın 1965-ci ildə doğulduğu qeyd edilib, ancaq Ağayevin açıqlamasından sonra xalq artistinin 61 yaşı olduğu ortaya çıxıb.

Onu da bildirək ki, xalq artistinin yaşını gizlətməsi barədə hər zaman iddialar gəzib.

Bu yaxınlarda Sevil və Sevinc Səfərovaların müsahibəsi zamanı Dadaşovanın yaşını gizlətdiyini deməsi də, qalmaqala da səbəb olmuşdu.
Oxunub: 231



XƏBƏR LENTİ