Valyuta məzənnəsi

Məlahət Abbasovanın verilişi ATV-dən AzTV-yə keçdi

Tarix:22-03-2019, 15:32

Məlahət Abbasovanın verilişi ATV-dən AzTV-yə keçdi
Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı bundan sonra AzTV-də yayımlanacaq.

Obyektivxeber.info xəbər verir ki, əməkdar artist bu barədə “Gün başladı” proqramında məlumat verib.

“Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın”.

O söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilər ölkəmizə qonorarsız gəldiyini bildirib.

Qeyd edək ki, Abbasova verilişinin yayım vaxtını açıqlamayıb.
Oxunub: 213



XƏBƏR LENTİ