Bərdə hakimiyyətinin lideri Vidadi İsayevin kəhkəşanlı imarətlərindən ikisi Mixaylovka və Ağcakənddəki villalarıdır. Belə xəbərlər dolaşır ki, tez-tez malikanələrinə baş çəkir.
Reportyor.info feysbukda sürətlə yayılan bu məlumatların ciddi müzakirələr açdığını yazır. Bərdəlilər sosial şəbəkələrdə V.İsayevin qurduğu məclislərdən söz açırlar.
Onun həftə sonları daha çox villalarına getdiyi iddiaları var. Üstəlik, adı bir xanım məktəb direktoru ilə qarışıb.
İddialar səslənir ki, Bərdə İH başçısı rayondakı xanım məktəb direktorlarından birinin şəxsi həyatına müdaxilələr edib. İcra başçısının ucbatından fəaliyyət göstərə bilməyən xanım direktor bir müddət əvvəl Heydər Əliyev Fonduna məktub yazaraq narazılıq edib.
Məktubda işləyə bilmədiyini, V.İsayevin onun ailəsi ilə yaşamağa imkan vermədiyini yazdığı iddiaları yer aldığı deyilir. Hətta həmin vaxt Gəncənin icra başçısı Elmar Vəliyevin vasitəsi ilə təzyiq edərək xanım direktoru işdən çıxardır.
Son məlumatlarda vurğulanır ki, indi V.İsayev həmin xanıma Bərdədə ikimərtəbəli mağaza tikib. Səbəbi müəmmalıdır və gizli saxlanılır. Lakin yerli ictimaiyyətə agahdır.
Ona görə də rayonda hərəkətləri ilə ad çıxarmış və şayiələrin dolaşmasına səbəb olmu. V.İsayevin vətəndaşlara laqeydliyi, şəhid ailələrinə, məcburi köçkünlərə biganəliyi qəzəb doğurur.
Çünki hansısa xanıma mağaza tikdirir, amma bir şəhid ailəsinə 2 sot torpaq vermir. Bu da Bərdədə günbəgün narazılığı artırır. Sakinlər İH rəhbəri postuna V.İsayevin gəldiyi günə peşman olublar. Təkcə sadə vətəndaşlar yox, rayonda biznes quranlar da cana doyub.
Mediada belə informasiyalar var ki,avtoqəzada adam öldürdüyünə görə işdən qovulmuş Bərdə RİH sabiq şöbə müdiri Zaur Bəylərovun qaynanası Vidadi İsayevin ştatdankənar katibəsi işləyir.
Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və ştatdankənar xanım katibə burada icra başçısı üçün yeməkməclisi düzəldir.
Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında monitor quraşdırıb.
V.İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb.
Bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi.
Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.
Gəncənin keçmiş meri Elmar Vəliyevin adamı kimi xarakterizə olunan Bərdənin icra hakimi Vidadi İsayevin dayaqlarının sarsılması onun gedişini sürətləndirib.
Bu regionun kadr xəritəsinin köklü dəyişikliyi gözlənilir ki, Bərdə, Yevlax və Daşkəsən siyahıya başçılıq edir. Gəncədən sonra strateji əhəmiyyətli zona Bərdədir.
“Yeni Sözçü” qəzeti yazıb ki, Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı Nazim İsayevin qaynatasıdır. Məlumatlarda iddia olunur ki, bu icra başçıları arasında ilk vəzifəsini itirən də məhz Vidadi İsayev olacaq.
Bu məlumatın əsassız olmadığını Vidadi İsayevin əmisi oğlu və kürəkəni Nazim İsayevin son günlərə kimi gömrükdə tutduğu yüksək vəzifədən azad olunmasıdır.
Nazim İsayev son günlərə kimi Dövlət Gömrük Komitəsinin regional strukturlarından olan Yevlax Gömrük İdarəsinin rəis müavini vəzifəsini tutub.
Gömrük xidməti polkovniki olan Nazim İsayevin vəzifədən azad olunmasına formal səbəb Tovuz, Gəncə, Balakən və Yevlax Gömrük İdarələrinin birləşdirilməsindən sonra son günlərə kimi tutduğu vəzifənin ixtisara düşməsi olub.
Əgər Dövlət Gömrük Komitəsinin rəhbərliyi istəsəydi bu birləşmədən sonra da Nazim İsayevə vəzifə verə bilərdi.Görünür ki, V.İsayev üçün vəziyyət yaxşı deyil. Onun Xaçmazın reyestr xidməti rəisi olan qardaşı Füzuli İsayev də vəzifəsini itirə bilər.
Bir sözlə, Vəliyevlər kimi, İsayevlər erası da bitməkdədir. Bütün bu iddialarla bağlı RİH rəhbərinin mövqeyini işıqlandıra bilərik.
REPORTYOR.info