Valyuta məzənnəsi

"Xankəndi istiqamətindəki yollara Azərbaycan ordusu nəzarət edir"

Tarix:27-03-2023, 18:20

Artıq Xankəndi və ətrafında olan separatçılar tam bloklanıb. Xankəndi istiqamətində mümkün torpaq yollara da Azərbaycan ordusu nəzarət edir. Eyni zamanda sözsüz ki, zəruri addımlar atılır. Amma orada görüləsi işlər də çoxdur. Hətta açıqlamalar verilir ki, ermənilər yenidən nəsə bir addımlar ata bilər. Ona görə də, Azərbaycan tərəfi sülhməramlıların üzərinə götürdüyü öhdəliklərin icrasını tələb etməlidir.

YeniAN.az xəbər verir ki. bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus sülhməramlıları üzərinə düşən öhdəlikləri icra etdiyi təqdirdə Azərbaycan üçün burada başqa bir problem qalmayacaq:

"Əsas məsələ üçtərəfli razılaşmanın 4-cü bəndinin icrasıdır. Bu bəndin tələbləri icra edildiyi halda orada bir nəfər də olsun silahlı qala bilməz. Bu baxımdan üçtərəfli bəyanatın müddəalarının icra edilməsi gündəmə gəlməlidir. Son hadisələrin ardınca Rusiya Müdafiə Nazirliyi üçtərəfli sənədə istinad edib. Amma Rusiya tərəfi burada üçtərəfli razılaşmanın 1-ci və 6-cı bəndlərinin pozulması ilə bağlı absurd iddialar səsləndirib”.

 

Polkovnikin fikrincə, burada Rusiya tərəfinin səsləndirdiyi kimi heç bir təmas xətti ola bilməz:

"Ərazi Azərbaycana məxsusdur. Çünki indiyə kimi Laçın-Xankəndi yoluna alternativ olan torpaq yollarla separatçılara silah-sursat, hərbi texnika daşınıb. Amma Azərbaycan ordusu artıq bu yollara nəzarəti götürüb. Buna baxmayaraq ərazidə bəzi yollarda onların çıxış imkanları hələ də qalıb”.

Üzeyir Cəfərov bildirib ki, Kosalar-Mirzəli-Turşu yolu ilə bağlı üzərində tam nəzarət var:

"Amma bununla da kifayətlənmək olmaz. Çünki oradakı kənd yollardan və dərələrdən istifadə edib nələrsə daşına bilər. Ona görə də, Azərbaycan tərəfi bu məsələyə birdəfəlik son qoymalıdır. Azərbaycan ordusu 25 martdan etibarən Sarıbaba dağının yaxınlığında keçən yola nəzarət etməklə rus sülhməramlılarının biznes üçün çıxışını da qapatmış olub. Bu yollarla rus sülhməramlılar qeyri-qanuni silahlı birləşmələr üçün yüklərin daşınmasına imkan yaradırdı”.

Oxunub: 30



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO