Valyuta məzənnəsi

18 yaşı olmayanlara enerji içkiləri satılmayacaq – DƏYİŞİKLİK

Tarix:19-02-2019, 17:38

18 yaşı olmayanlara enerji içkiləri satılmayacaq – DƏYİŞİKLİK

“Gənclər siyasəti haqqında” qanuna dəyişikliyi nəzərdə qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

Primetime.az Obyektivxeber.info-a istinadən xəbər verir ki, birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu.

Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi.
İkinci oxunuş zamanı isə deputatların təklifi nəzərə alınaraq, bu sıraya alkoqollu energetik içkilərin satışı da əlavə edilib.

Oxunub: 280



XƏBƏR LENTİ