Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu saxlanılıb və 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.
Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.
Araşdırmalar aparılır.
Oxunub: 317