Valyuta məzənnəsi

Azərbaycan Tibb Universitetində çalışanların əməkhaqqı artırılıb

Tarix:1-03-2019, 13:01

Azərbaycan Tibb Universitetində çalışanların əməkhaqqı artırılıb
Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi təhsil sahəsində çalışanların maddi-rifah halının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Azərbaycan Tibb Universitetində çalışan professor və müəllimlərin, eləcə də digər işçilərin sosial rifahının yüksəlməsi, maddi durumun yaxşılaşdırılması də həmin tədbirlərdən biridir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elmi şuranın qərarına əsasən bu il martın 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əməkhaqqı məbləğinin 20 faiz artırılması barədə qərar qəbul edilib.

Bundan başqa universitetdə ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda yüksək nəticə göstərən tam ştatda işləyən müəllimlərin maaşına 120, yarım ştat işləyənlərin maaşına isə 60 manat əlavə olunacağı barədə qərar çıxarılıb.
Oxunub: 262



XƏBƏR LENTİ