Valyuta məzənnəsi

Facebook-da ağ-qara rəngli istifadəçi interfeysi əlavə edəcək

Tarix:12-03-2019, 08:53

Facebook-da ağ-qara rəngli istifadəçi interfeysi əlavə edəcək

Bir neçə müddət bundan öncə Facebook şirkəti özünün Messenger tətbiqinə Dark Mode rejimini əlavə etmişdi. İndi isə şirkət öz əsas tətbiqi üçün yeni interfeys rəngini hazırlayır. Bu barədə Gagadget saytı xəbər verib.

Obyektivxeber.info technote.az-a istinadən bildirir ki, XDA-Developers saytının istifadəçilərindən biri Facebook tətbiqinin Android üçün olan versiyasının yeni interfeys fotolarını təqdim edib.


Fotolardan da görmək olar ki, şirkət öz tətbiqində göy rəngdən tamamilə imtina edərək onu ağ-qara rəng ilə əvəz edib. Bu cür rəng interfeysi bir qədər Instagram-ı xatırladır. Bundan əlavə olaraq tərtibatçılar istifadəçinin ana səhifəsinin yuxarı hissəsinə iki ədəd yeni qovluq da əlavə ediblər. Söhbət, istifadəçi hesabı və video bölmələrindən gedir. Ağ-qara rəngli istifadəçi interfeysinin Facebook tətbiqinə nə zaman əlavə olunacağı barəsində hələki heç bir məlumat yoxdur.

Obyektivxeber.info

Oxunub: 203



XƏBƏR LENTİ