Valyuta məzənnəsi

Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları verilib

Tarix:19-03-2019, 14:43

Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ Rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondu və Heydər Əliyev Fondu tərəfindən rayonun aztəminatlı ailələrinə bayram sovqatları verilib. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibətilə təbrik edib, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. O, hər bayramda olduğu kimi, bu gün də Qaradağ Rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondu və Heydər Əliyev Fondu tərəfindən rayonun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb.

Daha sonra görüş iştirakçıları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verilib.
Oxunub: 229



XƏBƏR LENTİ