Valyuta məzənnəsi

Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşlarla görüşəcək

Tarix:9-04-2019, 12:51

Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşlarla görüşəcəkEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev aprelin 19-da Ağcabədidə Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.

Oxunub: 373



XƏBƏR LENTİ