Valyuta məzənnəsi

Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü məsuliyyətə cəlb olunub

Tarix:3-05-2019, 13:36

Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi törədib qaçan sürücü məsuliyyətə cəlb olunubAprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən 35-40 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Bakı şəhər sakini İlqar Məmmədov olduğu, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü paytaxt sakini İlham Həşimov görülmüş tədbirlərlə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı təhqiqatlar davam etdirilir.

Oxunub: 308



XƏBƏR LENTİ