Valyuta məzənnəsi

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs xəstəxanada ölüb

Tarix:21-06-2023, 12:10

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.

"Report”un xəbərinə görə, paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub: 49



XƏBƏR LENTİ