Valyuta məzənnəsi

DTX: Xocavənddəki mina terroru ilə bağlı cinayət işi başlayıb - YENİLƏNİB

Tarix:19-09-2023, 08:18

19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu "Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

06:31

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, "Azəravtoyol” ASC-yə məxsus "Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 5



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib