İngiltərədə və Uelsdə vergi sığınacaqlarında qeydiyyatdan keçmiş anonim şirkətlərə aid olan 87 min obyekt aşkar edilib.
Obyektivxeber.info Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Global Witness" qeyri-hökumət antikorrupsiya təşkilatının hesabatında məlumat verilib.
Aktivlər azı 74,3 milyard dollar məbləğində qiymətləndirilir. "Global Witness" bu məlumatları Britaniyanın parlament komitəsinə təqdim edib. Qeyd olunur ki, hökumət hələ 2016-cı ildə əmlakların real sahiblərin reyestrini tərtib etməyi planlaşdırırdı, lakin proses yavaş gedir. Anonim daşınmaz əmlakın 40%-i Londonda, özü də onların əksəriyyəti, təxminən, 10 mini Vestminsterdədir.
Qeyd edək ki, bu ilin əvvəlində Böyük Britaniya fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə üçün xüsusi qrup yaratmağa başlayıblar. O, əsasən, Rusiya və keçmiş SSRİ respublikalarından, Asiya və Nigeriyadan olan maliyyə axınlarına nəzarət edəcək.
Oxunub: 251