Valyuta məzənnəsi

Mixail Qorbaçov deputatlığa namizəd oldu

Tarix:13-04-2019, 13:01

Mixail Qorbaçov deputatlığa namizəd olduİndoneziyalı siyasətçi Mixail Qorbaçov ölkədəki parlament seçkisində öz namizədliyini irəli sürüb.

Obyektivxeber.info xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi yayıb. Məlumata görə, 1986-ci il təvəllüdlü Mixail Qorbaçov Dom niyə ona SSRİ-nin eks-prezidentinin adının verildiyini açıqlayıb:

“Valideynlərim qızları olacaqlarına əmin idilər, ona görə də oğlan üçün ad hazırlamamışdılar. Bir həftə sonra valideynlərim Qorbaçov adını qəzetdə gördülər. Atam hesab edirdi ki, bu qəşəng ad olacaq. Ona görə də onlar düşünürdülər bu adı oğullarına vermək olar. Hazırda siyasətlə məşğul olduğuma görə bu ad xeyrimə işləyir”.

Qeyd edək ki, İndoneziyada ümummilli seçkilər aprelin 17-də keçiriləcək. Seçkidə ilk dəfə eyni anda prezident, vitse-prezident, deputatlar, bələdiyyələr seçiləcək.

Oxunub: 248



XƏBƏR LENTİ