Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 20838 şübhəli koronavirus testindən keçib, onlardan 972-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4222 nəfər ölüb, 152587 nəfər bu infeksiyaya yoluxub, 113987 nəfəri isə müalicə olunub.
Bu gün 1092 xəstə evə buraxılıb.
YeniAN.info APA
Oxunub: 289