Qazaxıstanda iğtişaşlarla bağlı 7939 nəfər saxlanılıb.
YeniAN.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yanvarın 10-da Respublika Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Yanvarın 10-na olan məlumata görə, daxili işlər orqanlarına 7939 nəfər gətirilib”, - deyə nazirliyin məlumatında bildirilib.
Həmçinin qeyd olunub ki, polis əməkdaşları Milli Qvardiyanın hərbi qulluqçularının və xüsusi təyinatlıların iştirakı ilə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar.
YeniAN.az