Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sayca yeddinci sanksiyalar paketində İran İslam Şurası Məclisinin üzvlərinin Aİ ərazisinə giriş qadağan olunub.
YeniAN.az xəbər verir ki, İranın maşınqayırma sənayesinə qarşı da sanksiyalar tətbiq edilib. İranın avtomobil istehsalçıları artıq Arvopa ölkələrindən heç bir cihaz və ya avadanlıq ala bilməyəcəklər. Bununla yanaşı, sanksiyalar siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi zabitlərinin adları da əlavə olunub.
Aİ-nin qərarında sanksiyaların İranda insan hüquqlarının kobudcasına pozulduğuna görə tətbiq edildiyi açıqlanıb.
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Nəsir Kənani yeni sanksiyaları "qərəzli” adlandırıb.