Valyuta məzənnəsi

Kuleba Blinkenlə görüşüb - FOTO

Tarix:18-04-2024, 13:52

Kuleba Blinkenlə görüşüb - FOTO

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

YeniAN.az  xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "X" hesabında bildirib.

Dmitri Kuleba bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox "Patriot” hava

hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün

birgə qlobal səylər müzakirə olunub.

"Mən dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstək səylərini

yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini

qəbul etməsinin təcili olduğunu vurğuladıq”, - Kuleba qeyd edib.

O əlavə edib ki, bu, Ukraynaya insanların həyatını xilas etməyə və döyüş meydanındakı

vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.

Oxunub: 46



XƏBƏR LENTİ