Valyuta məzənnəsi

Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Tarix:7-08-2024, 19:30

 
Banqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.

Bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.

"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.

Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.
Oxunub: 104



XƏBƏR LENTİ