Valyuta məzənnəsi

"Milton" Floridaya divan tutub

Tarix:11-10-2024, 12:00

Aftermath of Hurricane Milton's landfall, in Siesta Key

 

Floridada "Milton” qasırğasının yaratdığı dağıntıların aradan qaldırılması işlərinə başlanılıb.

YeniAN.az  ''Reuters'' agentliyinə istinadən  xəbər verir ki, fırtına və tornadolar 16 nəfərin ölümünə səbəb olub. Çoxlu ev dağılıb, ağaclar aşıb, və  3 milyona yaxın abonentin elektrik enerjisi kəsilib. Qasırğanın vurğu ziyanı aradan qaldırmaq həftələr və aylar çəkə bilər. Analitiklərin fikrincə, fırtınanın vurduğu zərər sığorta şirkətlərinə 100 milyard dollardan çox  ziyan vura bilər. Bu da 2025-ci ildə sığorta qiymətlərinin artmasına səbəb olacaq.

 

Ağ Ev zərərçəkənlərə dövlət dəstəyi göstərəcəyini vəd edib. İki həftə əvvəlki "Helen” qasırğası isə   Floridadada ən azı 232 nəfərin həyatına son qoymuşdu.

Oxunub: 82



XƏBƏR LENTİ