Ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik "Baas” rejiminin devrilməsindən sonra Suriyaya qayıtmaq üçün Hataydakı "Cilvegözü Sərhəd Qapısı”na axın ediblər.
YeniAN.az xəbər verir ki, bu haqda "TRT haber” görüntülər yayıb.
Onlar bu gün səhər saatlarından bəri Reyhanlı rayonundakı sərhəd qapısında növbəyə düzülərək gömrük prosedurlarını gözləyirlər.
Jandarma qrupları sıxlığın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrı bir keçid məntəqəsi yaradıb.