Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Reportyor.info-nun məlumatına görə, Kollegiya iclasında dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.