Gəncənin güllələnmiş sabiq meri Elmar Vəliyevin sayəsində Yevlaxın icra başçısı təyin edilmiş Qoca Səmədov üçün sınaq dövrü başlanıb. Onun özünü təsdiqləməsi lazımdır.
Cahan.info-nun verdiyi xəbərə görə, Q.Səmədov həm yaşlı olması, həm fəaliyyəti ucbatından narazılıq yaratması ilə işini itirə bilər. Yevlax RİH plandadır.
Prezidentin yerlərdə etdiyi kadr dəyişiklikləri göstərir ki, ölkə başçısı vətəndaşlarla çiyin-çiyinə işləyir, əhalini qane etməyən məmurlarla vidalaşır.
Üstəlik, bu zonanın qəddar məmurlarından olmuş Elmar Vəliyevin gedişindən sonra adamlarının vəzifələrdə saxlanacağı inandırıcı görünmür. Eləcə də Qoca Səmədov...
Q.Səmədov vətəndaşları qəbul eləmir, sakinlərin, kəndlilərin şikayət elədiyi məsələləri araşdırmır. Vaxtilə Elmar Vəliyevin Gəncədəki bu siyasəti onun öz başında çatladı.
Gəncə əhalinin ciddi narazılığını qazanmış, kiçik məmurlardan tutmuş adi adamlara qədər qarşısına çıxanı təhqir eləmiş, sahibkarların dərisinə saman təpmiş, özünə qarşı narazı məmur batalyonu yaratmış Elmar Vəliyevi heç kəs sevmirdi.
Odur ki, ona qarşı edilən sui-qəsd pislənsə də, içdən çıxarılanda gəncəlilər çox sevindilər. Çünki hərəkətləri ilə gedişi çiban kimi yetişmişdi.
Onun Yevlaxın icra başçısı vəzifəsindən Gəncəyə təyin olunmasından sonra öz adamı Qoca Səmədovu bu rayona icra hakimi təyin etdirməsi bölgəyə nəzarətini gücləndirdi.
Amma Qoca Səmədov Elmar Vəliyevin vaxtında ona arxayın olub etdiyi özbaşınalıqları indi də davam edir, vətəndaşları incidir, sakinləri qəbul eləmir, keçmiş himayədarının aqibətindən dərs çıxarmır.
Əvəzində, icra başçısı işlədiyi bu müddətdə oğlanlarına restoranlar, bahalı maşınlar alıb, özünə fermalar tikdirib, villalar, əmlaklar kolleksiyası yaradıb.
Elmar Vəliyevin dövründə inşa edilən tikililərin, daha doğrusu sahibkarlıq obyektlərinin bir çoxu sökülüb.
Yevlax İcra Hakimiyyətinin rəsmiləri sökülən obyektlərin sənədlərinin qaydasında olmadığını əsas gətiriblər. Bunun nəticəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara həm maddi, həm də mənəvi ziyan dəyib.
Bir neçə ay qabaq Kəlbəcərdən olan bir qrup məcburi köçkün məskunlaşdığı ərazidən çıxarılır.Şikayətçilər CEBHE TV-yə bildiriblər ki, 1993-cü ildən bəri Yevlax rayonu “28 aprel” savxozu adlanan ərazidə yaşayırlar.
Ancaq indi İcra Hakimiyyəti onları ərazini boşaltmağa çağırıb. İcra Hakimiyyətinin başçısı Qoca Səmədov köçkünlərlə söhbətində həmin ərazində “AqroPark” tikiləcəyini deyib.
Məcburi köçkünlər isə başqa yaşayış yerlərinin olmadığını, İcra Hakimiyyətinin də onları yerlə təmin etmədiyini bildirib.
bildirilir ki, icra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər.
Dövlət başçısı məmurlara və övladlarına təvazökar olmağı tövsiyyə etsə də, Yevlaxdan uzağı görmürlər.
Hətta bir müddət əvvəl siam.az saytında xəbər yayılmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayevə məxsus restoranın ərazisində xoruz döyüşdürülür.
Bu yarışların baş ideoloqu isə kim olsa yaxşıdır, Yevlaxın icra başçısı Qoca Səmədovun oğlu Ruslan Səmədov. İddialara görə, Yevlax-Bərdə yolunda yerləşən “Dərələyəz” restoranının ərazisində xoruz döyüşdürülür.
Bu yarışlardan gələn mənfəətin iki icra başçısının cibinə getdiyini söyləmək çətin olsa da, Q.Səmədovun oğlunun xoruz döyüşlərinin həvəskarı, azart fanatı olduğu bildirilir.
Məmurlar və uşaqları arasında kazino və s. azart həvəskarlarının olduğunu, milyonluq maşınlarda avtoxuliqanlıq edib insanları öldürməsini eşitmişik, xoruz döyüşdürülməsini isə ilk dəfə...
Yevlaxda dövlətin büdcə vəsaitləri də sağa-sola səpələnir. Hələ 2015-ci ildə Hesablama Palatasının Yevlaxda aşkarladığı yeyintilərin miqyası böyük idi.
Son illərdə rayonda yalnız bir neçə küçə təmir edilib, hasarlar üzlənib, icra hakimiyyətinin ətrafı təkrar təmir edilib.
Avtovağzalın yanı və mərkəzi hissələrdəki səkilər yenidən tametlənib, işıq dirəkləri başqaları ilə əvəzlənib. Yevlaxda görlən işlər ancaq bundan ibarətdir.
Sənədləşdirmələrdə qiymətlər bir neçə dəfə şişirdilib. Misal üçün sənədlərdə 1 ədəd işıq dirəyinin qiymətini 2200 manat göstərilib və əslində isə həmin dirəklər 600 manat civarında əldə olunub.
Bundan başqa şəhərin mərkəzi hissələrində yerləşən səkilərin tametlənmsi, parkların yenidən təmir olunması və mərkəzi küçələrin təkrar asfaltlanması işlərindədə böyük həcmli yeyintilərin olduğu bildirilir.
Qoca Səmədovümumi şəkildə minimum Yevlaxın abadlaşdırılması üçün ayrılan vəsaitin 2/3 hissəsini mənimsədiyi iddia edilir.
Qarşı tərəfi dinləməyə hazırıq.