Valyuta məzənnəsi

DİN sosial şəbəkələrdə və bəzi internet saytlarında yer alan videogörüntü ilə bağlı açıqlama yayıb

Tarix:1-04-2019, 14:04

DİN sosial şəbəkələrdə və bəzi internet saytlarında yer alan videogörüntü ilə bağlı açıqlama yayıbDaxili İşlər Nazirliyi (DİN) martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında yayılan, bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud etik-davranış qaydalarına zidd hərəkətləri əks etdirən videogörüntü ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videogörüntü geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə həmin görüntülərdə əks olunan iki kişinin və üç qadının şəxsiyyətləri müəyyən edilib. Onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib, istifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub. Orada iştirak edən üç qadının görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxunub: 209



XƏBƏR LENTİ