"Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
yenian.info xəbər verir ki, YAP Siyası Şurasının üzvü, siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin oxuculara təqdim etdiyi AZƏRBAYCANIN MEHRİBAN SİMASI adlı növbəti kitabında Azərbaycan Respublikasının Birinci vitseprezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCOnun xoşməramlı sədiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmimədəni, humanitar, ictimai siyasi fəaliyyəti sosioloji və politoloji rakursdan təhlil olunur. Kitabda Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyiyyətlərinə geniş şəkildə nəzər salınır, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfə siyasi formada təhlil edilir.
"Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”.
Qeyd edək ki,"Azərbaycanın Mehriban siması" adlı kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur.