Valyuta məzənnəsi

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

Tarix:10-04-2020, 01:20


İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

APA-nın məlumatına istinadən YeniAN.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək:

"Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər".


İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb


YeniAN.info

Oxunub: 324



XƏBƏR LENTİ