Valyuta məzənnəsi

3112 yeni yoluxma, 44 ölüm...

Tarix:14-12-2020, 21:36


3112 yeni yoluxma, 44 ölüm...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3112 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 178 986 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 nəfərdir.

Ölkədə son sutka ərzində 10 045, hazırkı dövrədək isə 1 963 348 test aparılıb.

YeniAN.info

Oxunub: 199



XƏBƏR LENTİ