Valyuta məzənnəsi

4387 yeni yoluxma, 38 ölüm...

Tarix:8-12-2020, 23:30


4387 yeni yoluxma, 38 ölüm...


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 154 152 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 nəfərdir.

Ölkədə son sutka ərzində 18 321, hazırkı dövrədək isə 1 865 512 test aparılıb.

YeniAN.info

Oxunub: 143



XƏBƏR LENTİ