Valyuta məzənnəsi

Siyəzən şəhər Bələdiyyəsinin sədri Azər Babayevin özbaşınalıqları

Tarix:19-06-2021, 21:39

Siyəzən şəhər Bələdiyyəsinin sədri Azər Babayevin özbaşınalıqları

Bu gün Azərbaycan dövləti yüksək inkişaf mərhələsindədir. İstər xarici, istərsə də daxili siyasətimizdə bu özünü tam olaraq göstərir. Dövlətimizin inkişafı, torpaqlarımızın işğaldan azad olunması və xalqımızın həyat rifahının yüksək həddə çatdırılması Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

Cənab İlham Əliyevin apardığı yüksək siyasət xalqımızı sevindirsə də, bəzi şəxsləri, xüsusilə də bəzi məmurları məyus edir. Bu şəxslər dövlət başçımızın siyasətinə kölgə salaraq, dövlətçiliyə zərbə vurmağa çalışırlar. Belə məmurlar hətta humanizm prinsiplərindən istifadə edərək ciblərini doldurmaqla məşğuldurlar. Eyni zamanda, vəzifəsindən layiqincə gələ bilməyərək, xalqı incidərək, dövlətə qarşı nifrət yaradırlar.

Belə məmurlardan olan Siyəzən şəhər Bələdiyyəsinin sədri Azər Babayevin adını qeyd etmək lap yerinə düşər. Siyəzən şəhər Bələdiyyəsinin sədri Azər Babayev barədə çox xoşagəlməz məlumatlara rast gəlmişdim. Lakin bunun nə dərəcədə doğru olub-olmadığını bilmirdim. Və bir gün bu məsələnin şahidi oldum.

Mən 16 iyun 2021-ci il tarixdə Siyəzən şəhər Bələdiyyəsinə üz tutdum. Bələdiyyənin binasına daxil olduqda orada məni Arzu adlı qadın qarşıladı. Mən ona ərizə təqdim etmək istədiyimi bildirdim. Arzu xanım isə mənə “Get ərizəni poçt vasitəsilə göndər”, - deyərək acıqlı cavab verdi. Məsələ ilə bağlı bələdiyyə sədri Azər Babayevə müraciət etdim. Eyni zamanda qeyd etdim ki, Prezidentimizin apardığı siyasət vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu zaman bələdiyyə sədri A.Babayev kreslosundan ayağa qalxaraq, dövlət başçımız İlham Əliyevin ünvanına xoşagəlməz ifadələr işlədərək, məni əxlaqsız söyüşlə təhqir etdi. Mən ona “Məni niyə təhqir edirsiz”, - deyə soruşduqda, o, “Get işinlə məşğul ol, yaxşı edirəm!” cavabını verərək, mənə tərəf gəldi. Mən isə ona bildirdim ki, bu, elə mənim işimdir. Məni yaxşı tanıdığını, və jurnalistika peşəsi ilə məşğul olduğumu onun diqqətinə çatdırdım. A.Babayev yenidən məni təhqir edərək, əxlaqsız sözlər işlətdi. Bu zaman otağa onun işçisi olan Arzu xanım gəldi. Arzu xanım içəri daxil olduğu zaman A.Babayevlə bərabər qışqıraraq, məni Bələdiyyənin inzibati binasından qovdular.

Siyəzən şəhər Bələdiyyəsinin sədri Azər Babayevin özbaşınalıqları



Mən bir daha əmin oldum ki, Siyəzən şəhər Bələdiyyəsinin sədri A.Babayev barədə deyilən mənfi fikirlər doğrudur. Bələdiyyə sədrinin belə qanunsuz hərəkətləri onun ya qanunları bilməməsindən, ya da harınlamasından xəbər verir.

Hər bir halda A.Babayevin hərəkətləri bir məmur kimi dövlətçiliyimizə bir ləkədir.

Aldığımız etibarlı mənbələrə görə, Azər Babayev 16 iyun 2021-ci il tarixdə, yəni hadisə baş verən günü doğum gününü qeyd etmişdir. Bələdiyyənin inzibati binasında olarkən sərxoş vəziyyətdə imiş.

Prezidentim haqqında xoşagəlməz söz deyən və məni təhqir edən şəxs mənim Bələdiyyəm ola bilməz!

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Ardıcıl olaraq məsələ barədə geniş məlumat veriləcəkdir.



Ramazan Bağırov



YeniAN.az

Oxunub: 1 211



XƏBƏR LENTİ