Valyuta məzənnəsi

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub

Tarix:17-06-2022, 11:00

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
“Anadolu Qartalı - 2022” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub

YeniAN.az

Oxunub: 109



XƏBƏR LENTİ