Valyuta məzənnəsi

İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

Tarix:17-06-2022, 16:20

İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.

Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğuladı. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd etdi. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxunub.

Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirdi. Dövlətimizin başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladıb.

YeniAN.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib
İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib

YeniAN.az

Oxunub: 131



XƏBƏR LENTİ