Valyuta məzənnəsi

İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi

Tarix:19-06-2023, 18:59

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 milyard 679 milyon 646 400 manat, xərclər 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilib.

Həmçinin, dövlət başçısı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 911-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Oxunub: 52



XƏBƏR LENTİ