"Bu gün mən məhkəmə iclasında çıxış etməli
idim - insanlar görəcəkdilər ki, ağır fiziki vəziyyətə baxmayaraq, məni
ruhən sındıra bilməyiblər və həmişəkindən daha şənəm, bu da onların
bütün təbliğatını məhv edəcəkdi”.
Bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün "Facebook” səhifəsində bəyan edib.
O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını deyərək, bunun Rusiya hakimiyyətinin çökdüyünün göstəricisi adlandırıb.
"Bugünkü nümunə həm də mənim (RF Prezidenti Vladimir) Putinin və onun yerli marionetlərinin hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə Saakaşvili əlavə edib.
Siyasətçinin sözlərinə görə, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.
Mənbə: Qruziya Online