Bu gün bir çox vətəndaşlarımız təhsil almaq üçün bir çox xarici
dövlətlərin universitetlərinə üz tuturlar. Və universiteti bitirib,
diplom aldıqdan sonra vətənə dönürlər.
Belə
şəxslərdən biri də "Yeni Azərbaycan naminə " qəzetinin və " Yenian.az "
saytının baş redaktoru, hüquq müdafiəçisi Ramazan Bağırovdur.
Azərbaycanın
tanınmış politoloqlarından olan Ramazan Bağırov 3-cü Ali təhsilini
Rusiya Federasiyasında yerləşən "Kalmık Dövlət Universiteti"nin bu il
(30.06.2023) məzunu oldu.
Onu da qeyd edim ki, Ramazan Bağırov ixtisasca hüquqşünas və politoloqdur. Hazırda isə o, "Tarix" ixtisasına yiyələnmişdir.
Eyni zamanda, ziyalımız R.Bağırov "YANSİ" ictimai birliyinin sədri və təhsil ekspertidir.
Onun politologiya sahəsində bir neçə siyasi yazıları və siyasi nəzəri fikirləri vardır.
1947-1991-ci
ildə başlanan və SSSR-ə qarşı yönələn soyuq müharibə haqqında da geniş
nəzəri fikirlər bildirmişdir. Onun verdiyi proqnozlar daim öz təsdiqini
tapır. Buna misal olaraq, Azərbaycan-Ermənistan müharibəsinin
başlanacağını 6 ay öncə bildirmişdir.
Rusiya-Ukrayna müharibəsinin başlanacağını isə, o, savaşdan 1 il qabaq proqnoz vermişdir.
Ramazan
Bağırovun "Kalmık Dövlət Universiteti"ni seçməsi onun bu diyara
bağlılığından xəbər verir. O, Kalmıkiyanı özünün 2-ci ana vətəni hesab
edir.
Universitetin
güclü və intellektual müəllimlərinin olması Ramazan Bağırovun tarix
sahəsində formalaşmasına böyük təkan vermişdir.
Kalmık Dövlət Universitetinin rektoru, hörmətli Badma Salayevin xarici tələbələrə göstərdiyi diqqət və qayğısı danılmazdır.
Eyni
zamanda, mehriban kollektivdə çalışan Kermen Yevgenyevna, Olqa
Nikolayevna, Yevgeniy Ubuşayev və Aldar İvanoviçin adını qürur hissi ilə
çəkmək düzgün olardı.
Onu
da qeyd edim ki, Ramazan Bağırov "Hüquq, Politoloq və Tarix" ixtisası
üzrə bakalavr təhsilini bitirsə də, magistr üzrə təhsilini isə davam
etdirir.
Gənc
ziyalımız Ramazan Bağırovu 3-cü Ali təhsilini bitirdiyinə görə təbrik
edirik və ona karyerasında müvəffəqiyyətlər arzulayırıq.
N. Əlibala