Valyuta məzənnəsi

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub

Tarix:14-09-2023, 13:05

Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevi salamlayan Prezident Emoməli Rəhmon deyib:

- Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə sağ olun.

Prezident İlham Əliyev:

- Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.

Prezident Emoməli Rəhmon: Sağ olun.

Prezident İlham Əliyev: Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.

Prezident Emoməli Rəhmon: Çox sağ olun.

11:47

Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir.

Bizimlə əlaqə saxlayın

Oxunub: 9



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib