ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin
geri qaytarılması hesabına Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.
YeniAN.az xəbər verir ki, nazirliyin bəyanatında qeyd edildiyi kimi, kredit G7 ölkələrinin
Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi göndərilir.
"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər
Ukraynaya kritik dəstək verəcək”, - deyə ABŞ maliyyə naziri Canet Yellen bildirib.
O həmçinin əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları
sərtləşdirmək niyyətindədir.