Valyuta məzənnəsi

Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub

Tarix:6-12-2023, 11:37

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.

Bunu "Report”a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

"Onların əksəriyyəti də beş yaşadək olan körpələrdir. Əməkdaşlarımızdan iki nəfəri hazırda xəstəxanadadır”, - o vurğulayıb.

Oxunub: 102



XƏBƏR LENTİ