Valyuta məzənnəsi

Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı

Tarix:9-12-2024, 20:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

"Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.

YeniAN.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyinin

bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanıb.

Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə

qayıdışının başladığını da vurğulayıb.

"Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün

Yayladağı sərhəd keçid məntəqəsini də açırıq”, - Ərdoğan əlavə edib.

Oxunub: 49



XƏBƏR LENTİ