Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar
Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və xidmətin məsul
əməkdaşları, "Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan
Respublikasındakı Filialının prezidenti Volkov Aleksey Leontyeviç,
Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman
Qasımov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə
deputatı, Texnika üzrə Fəlsəfə Doktoru, Əməkdar mühəndis İltizam
Yusifov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev, Azərbaycan Neft və
Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat
şöbəsinin müdiri Heydər Əsgərov, İctimai Şuranın sədri, Şirvan Şəhər
"İşıq” qəzetinin baş redaktoru, Şəhər Ağsaqqallar Şurasının sədri
Fəxrəddin Rəhimov, uzun müddət neft sahəsində çalışmış veteran
neftçilər, hal-hazırda neft sahəsində çalışan bir qrup neftçi və
ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər
Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini
dərin ehtiramla yad etdildikdən sonra "Heydər Əliyev Xatirə Muzeyi”
ziyarət edildi. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və
eksponatlarla dahi rəhbərin mənalı həyatı, hər bir tarixi hadisə ilə
bağlı dahi şəxsiyyətin fikirləri öz əksini tapmışdır. Şirvan Şəhər İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov xatirə kitabına öz ürək sözlərini
qeyd etdi. Sonr isə 1-ci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin
büstü önünə gül dəstələri düzərək şəhidlər yad edildi.
Keçən əsrin
50-ci illərinin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan
kəşfiyyat-qazma işləri 1955-ci il iyul ayının 18-də Kürovdağ yatağında 2
saylı qazma quyusunun fontan vurması ilə nəticələnmişdir. Həmin gün
tarixə Şirvan neftçilərinin zəfər salnaməsi kimi daxil olmuş, Şirvanın
sənaye şəhəri kimi formalaşmasının təməli qoyulduğu qeyd edilmişdir.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Filialının prezidenti Volkov
Aleksey Leontyeviçə təbrik məktubu və 44 günlük Vətən müharibəsində
qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış "Zəfər abidəsi”
xatirə hədiyyəsi təqdim etmişdir.
Azərbaycan Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri Rüfət Zamanovun
tapşırığının icrasını yerinə yetirərək ANQSİ-i Həmkarlar İttifaqı
Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev tərəfindən təbrik
məktubunu Filialının prezidenti Volkov Aleksey Leontyeviçə təqdim
edilmişdir.
Yubiley münasibətilə keçirilən silsilə tədbirlərin davamı
olaraq şəhər ərazisində yerləşən "Yeganə” şadlıq sarayında tədbir
keçirilib. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin,
torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak
olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra
açıq elan edilib.
Tədbirin açılşında "Shirvan Operating Company LTD"
Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət
başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini
daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan
verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna
rol oynadığını vurğulayıb. Azərbaycanın tarixində, onun iqtisadiyyatının
inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft
sənayesində çalışan neftçilərin əməyini yüksək qiymətləndirildiyi
vurğulandı.
Veteran neftçilər Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını və
neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim
diqqət mərkəzində saxladığını qeyd etmiş, neftçilərə göstərilən
hərtərəfli qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını
bildiriblər.
Neftçilərimiz bu gün qazandıqları uğurlar üçün
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə həmçinin "Shirvan
Operating Company Ltd” Şirkətinin rəhbərliyinə, kollektivinə
minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra neft və qaz çıxarma
sahəsində çalışan və yüksək peşəkarlığı ilə seçilərn bir qrup neftçiyə
fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr eləcədə 70 illik yubiley
suveniri təqdim edilib.
"Shirvan Operating Company LTD" Şirkətinin
Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov


























































































































Xezertv.info