Valyuta məzənnəsi

Pivə şüşəsi partladı, gözünü itirdi - DƏHŞƏT.

Tarix:31-07-2018, 10:18


Pivə şüşəsi partladı, gözünü itirdi - DƏHŞƏT.
ABŞ-da pivə şüşəsini soyuducuya qoymaq istəyən adam şüşənin partlaması nəticəsində gözünün birini itirib. Ağrılarının dözülməz olduğunu söyləyən adam, pivə şirkətinə təzminat davası açmağa hazırlaşır.

ABŞ-ın Nyu-york ştatında yaşayan 57 yaşlı adam içmək istədiyi pivəni soyuducuya qoyarkən şüşə partlayıb və qırılan parçaları gözünə batıb.

Bədbəxt adam iki dəfə əməliyyat olunsa da sol gözü yaxşılaşmayıb. Hazırda yalnız 20 faiz gördüyünü deyən adam vəkillərlə görüşdüyünü və açılacaq təzminat davasının ən az 1 milyon dollar məbləğində olacağını bildirib.

Oxunub: 255



XƏBƏR LENTİ