Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın
baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə
məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
YeniAN.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək
kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.