Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödəniş magistral yolun
Şabran rayonu ərazisindən keçən hissəsində yük avtomobili yanıb.
YeniAN.az xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Faruk Dinçin idarə etdiyi
"Volvo" markalı yük avtomobili qəfil alışıb. Alov qısa zamanda nəqliyyat vasitəsinin
qoşqusunu da əhatə edib. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub,
yanğın məhdudlaşdırılıb.
Hadisə zamanı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.