"Mançester Yunayted" "Real" və "Barselona"nın maraq dairəsində olan Markus Raşforda yeni müqavilə təklif etməyə hazırlaşır.
Obyektivxeber.info "The Mirror"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu buraxmaq niyyətində olmayan "qırmızı-şeytanlar" ona 5 il ərzində 90 milyon avro qazanacağı anlaşma təklif edəcək.
Qeyd edək ki, bu mövsüm 35 oyuna çıxan Raşford 12 qol vurub və 6 məhsuldar ötürmə edib.