Valyuta məzənnəsi

"Real"ın Hazard üçün ödəyəcəyi məbləğ açıqlandı

Tarix:20-04-2019, 12:54

"Real"ın Hazard üçün ödəyəcəyi məbləğ açıqlandı"Real"ın "Çelsi"dən Eden Hazardın transferini açıqlamağa hazırlaşdığı barədə xəbər vermişdi. Bu barədə yayılan məlumatda bildirilirdi ki, artıq klublar və futbolçu arasında danışıqlar yekunlaşıb, "Kral Klubu" yaxın günlərdə keçidi elan edəcək.

Obyektivxeber.info xəbər verir ki, artıq "Marca" qəzeti "Real"ın Hazard üçün "Çelsi"yə ödəyəcəyi məbləği də açıqlayıb. Madrid klubuna yaxınlığı ilə tanınan qəzet iddia edir ki, London təmsilçisi bu satışdan 100 milyon avro qazanacaq.

Xəbərdə qeyd edilir ki, "Çelsi" ilə 1 illik müqaviləsi olan Hazard üçün "Real"dan gələn təklif 3 dəfə rədd edilib. Nəhayət ingilislər 4-cü cəhddə transferə razılıq verib. Bunda futbolçunun klub rəhbərliyinə təzyiqinin də rolu olub.

Oxunub: 222



XƏBƏR LENTİ