Valyuta məzənnəsi

"Barselona"dan 115 milyonluq transfer təklifi

Tarix:27-04-2019, 13:40

"Barselona"dan 115 milyonluq transfer təklifi"Barselona" "Mançester Yunayted"in futbolçusuna elçi düşüb.

Obyektivxeber.info xəbər verir ki, Kataloniya klubu Markus Raşfordu heyətinə qatmaq istəyir. "Barselona"nın 21 yaşlı futbolçu üçün 100 milyon funt-sterlinq (115 milyon avro) təklif etdiyi bildirilir.

Raşfordun "Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi var. Klub rəhbərliyi ona 2024-cü ilədək nəzərdə tutulan yeni müqavilə və həftəlik 300 min funt-sterlinq maaş təklif etsə də, futbolçu hələ qərarını açıqlamayıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə oynadığı 44 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxunub: 210



XƏBƏR LENTİ