Valyuta məzənnəsi

BVF Ukraynaya 3,9 milyard dollar kredit ayıracaq

Tarix:20-10-2018, 14:47

Beynəlxalq Valyuta Fondu Ukrayna hökuməti ilə 14 ay müddətinə 3,9 milyard dollar ekvivalentində yeni kredit borcunun ayrılmasına dair razılıq əldə edib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

"Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti və Ukrayna hökuməti yeni 14 aylıq maliyyələşdirmə proqramı haqqında razılıq əldə ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifinin artırıldığı məlum olub.

Oxunub: 276



XƏBƏR LENTİ